Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2024 , 12:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Biləcəri qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Binəqədi RİH-in təşəbbüsü, Biləcəri Bələdiyyəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

Ağacəkmə aksiyasında Biləcəri bələdiyyəsinin rəsmiləri, üzv və qulluqçuları qəsəbə sakinləri, Binəqədi RİH– in Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məsul vəzifəli şəxsləri və könüllülərin iştirak etdiyi aksiyada ümumilikdə 100-dən çox müxtəlif növ ağac tingləri əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən aksiyanın məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər